Yuxarı

Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunu sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə türk nazir ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra açıqlamasında bildirib.

“Bu gün konsulun iqamətgahında axtarış aparılacaq. Baş konsul ölkəsinə gedə bilər, nə vaxt gəlib-gələcəyi də mənim işim deyil. Buna səudiyyəli rəsmilər qərar verir. Ancaq baş konsul bəzi davranışları ilə sanki insanları lağa qoyub. Rəfləri açıb göstərməsi kəskin reaksiyalara səbəb olub. Baş konsulun maşınında və malikanəsində axtarış aparılacaq”, - Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, 10 gün öncə Səudiyyənin İstanbuldakı baş konsulu Məhəmməd əl-Uteybi “Röyter” agentliyinin əməkdaşlarına konsulluq binasında çəkiliş aparmağa imkan vermiş və 6 mərtəbəli binanı otaq-otaq gəzərək, jurnalist Camal Qaşıqçının orda olmadığını göstərmək üçün rəfləri açıb göstərmişdi.

Tarix
2018.10.17 / 14:08
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla