Yuxarı

Köçəryan yeni partiya yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan eks-prezidenti Robert Köçəryan partiya yaratmaq istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bunu Köçəryan “RİA Novosti”yə açıqlamasında söyləyib.

“Əgər siyasətə qayıdırsansa, o zaman partiya yaratmaq barədə də düşünmək lazımdır. Partiyanın necə adlandırılacağı prinsipial deyil. Prinsipial olan adaptasiya olacağın yanaşmalardır. Mən hazırda müxalifət meydanında ciddi boşluq görürəm və güman edirəm ki, onu ölkənin maraqlarına uyğun doldurmaq lazımdır”, – deyə o bildirib.

O, Ermənistanda hansısa yüksək vəzifə tutmaq niyyətində olmadığını deyib:

“Əgər belə bir niyyətim olsaydı, mən 10 il özəl həyatımı yaşamazdım. Situasiya elə inkişaf edir ki, şərait özü səni prosesin içinə cəlb edir”.

Köçəryan növbədənkənar parlament seçkisində də iştirak etməyəcəyini təkrarlayıb:

“Mən partiyasız idim. Bu o deməkdir ki, partiyanı sıfırdan yaratmalıyam. Buna görə də seçkiyə yeni komanda ilə getmək istərdim. Yeni situasiya ilə əlaqədar yeni, dərrakəli, gənc və enerjili insanları partiyaya cəlb etmək lazımdır. Bəzilərini isə sənin tanıdığın, səninlə işləyən köhnə komandadan cəlb etmək vacibdir”.

Tarix
2018.10.18 / 13:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla