Yuxarı

Ermənistanda sensasion seçkilər: 4 şəhərdən 3-ündə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 oktyabr tarixində Ermənistanın 4 iri şəhərində növbədənkənar meriya seçkiləri keçirilib. Şəhərlərdən 3-ündə sensasion dərəcədə aşağı seçici aktivliyi müşahidə edilib.

Axar.az xəbər verir ki, baş nazir Nikol Paşinyan “məxməri inqilab”dan danışaraq, Eçmiədzin və Armavirdə öz əhatəsində olan namizədləri dəstəkləsə də, bu şəhərlərdə aktivlik xeyli aşağı olub.

Ermənistan Mərkəzi Seçki Komitəsinin 20:00-a olan məlumatına görə, Eçmiədzində seçki məntəqələri bağlanan ərəfədə seçicilərin yalnız 34,95 faizi səsvermə hüququndan istifadə edib.

Armavir isə daha aşağı göstərici şok effekti yaradıb. Belə ki, burada seçicilərin göstərilən vaxt ərzində yalnız 34,62 faizi öz səsindən istifadə edib.

Razdan şəhəri isə 36,82 faizlə bu siyahıda yer alıb.

Qeyd edilir ki, Ermənistanda müstəqillik illərində ilk dəfə olaraq belə ölkə əhəmiyyətli seçkilərdə olduqca aşağı seçici aktivliyi müşahidə edilib.

Bildirilir ki yalnız Qafan şəhərindəki göstərici (55,77 faiz) digərlərindən bir qədər yüksək olub.

Tarix
2018.10.21 / 22:19
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla