Cavanşir Məmmədov dünyasını dəyişdi
12:54
Ana səhifə Planet |
Avropa Birliyinin nümayəndələri Türkmənistan nümayəndə heyəti ilə Brüsseldə görüşüblər.
Axar.az xəbər verir ki, tərəflər arasında görüş barədə məlumat Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə keçirilən iclasda səsləndirilib. Prezident görüşdə AB nümayəndələrinin Transxəzər qaz kəmərinin tikintisi üçün investisiya cəlbinə hazır olduqlarını açıqladıqlarını söyləyib.
O, bu layihənin reallaşması üçün layihədə iştirak edən tərəflərin və Xəzər konvensiyasında göstərilən ekoloji ekspertizanın razılığının gərək olduğunu bildirib. Berdiməhəmmədov bu kəmər vasitəsilə Avropa bazarına 30 il ərzində illik 30 milyard kub metr qazın çıxarılmasının planlaşdırıldığını deyib.
Tarix
2018.10.23 / 10:32
|
Müəllif
İlkin Həsənov
|