Yuxarı

Tramp ağır zərbəyə hazırlaşır: Rusiya dözməyəcək - Yavlinski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşma Rusiyaya 30 il öncədən daha vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Rusiyanın Yabloko Partiyasının rəhbəri Qriqori Yavlinski paylaşıb.

“Tramp Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmaq istədiyini bildirdi. Məhz bu müqavilə Avropada böyük müharibə riskini azaldırdı. Əgər razılaşma bitsə, o zaman yenidən Amerikanın “Perşinq” kimi raketləri Avropada yerləşdiriləcək. Lakin bu dəfə raketləri biz Şərq Avropada – Rumıniyada, Bolqarıstanda, Polşada, Baltikyanı ölkələrdə, Ukraynada və ya Gürcüstanda görəcəyik. Aydındır ki, Rusiya üçün bu, qəbuledilməzdir. Əgər müqavilə ləğv edilsə, bu, Rusiyanın bütün müdafiə strategiyasının məhvi olacaq.

Bu gün bizim geostrateji situasiyamızı 1987-ci ildən daha çətin və pisdir. Artıq nə Varşava Müqaviləsi, nə də SSRİ var. Rusiyanın nüvə gücləri tərəfdaşları, eləcə də etibarlı hərbi siyasi müttəfiqləri yoxdur. Putinin provokasiya etdiyi hərbi rəqabət külli miqdarda xərc tələb edir, amma Rusiya iqtisadiyyatı bu gün NATO ilə müqayisədə çox kiçikdir və yüksəlişdən çox uzaqdır. Bu gün Rusiya üçün bu müqavilə 30 il əvvəldən daha vacibdir”, – deyə o bildirib.

Tarix
2018.10.23 / 11:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla