Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Rusiyada məscidə hücum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasına daxil olan Kabarda-Balkar Respublikasında bir məscidin həyətində iki hücumçu 1 kiloqram TNT-ə bərabər bombanı partladıb. Hücumda partlayışı törədən adamdan başqa heç kim zərər görməyib.

İddialara görə hücumçular məsciddə partlayış planlaşdırarkən bomba əllərində partlayıb.

"Haberler.com"un xəbərinə görə Rusiya İstintaq Komissiyasından "İnterfaks"a verilən məlumatda "Partlayıcı maddə 1 kiloqram TNT-yə bərabərdir. Məscidin həyətində avtomatik silah, iki tapança, əl bombası və sursat ələ keçirildi", deyilib.

Partlayışın Duqubluqey qəsəbəsində məscidin lap yaxınlarında olan qəbirstanlığın qapısınında baş verdiyi və gecə çox gec olduğu üçün heç kimin zərər görmədiyi bildirilib.

Açıqlamada "Məscid ətrafında iki adamın cəsədinin parçaları tapılıb. Başqa ölən və yaralananlar yoxdur..." sözləri qeyd edilib.

Partlayışdan sonra həmən yerdə 3 metr diametrində və 1 metr dərinliyində çuxur yaranıb. Kabarda-Balkar Respublikasının polis işçiləri isə partlayışın məscidin pəncərəsinin ağzında baş verdiyini söyləyib. Məscidin divarlarına qismən zərər dəyib.

Məscid polis tərəfindən nəzarətə götürülüb və geniş araşdırmalar başladılıb.

Tarix
2013.10.18 / 13:42
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Загрузка...
Digər xəbərlər

İrəvana BTR-lər yeridildi - Video

Aksiya qızışır: Paşinyan Serjin niyyətini açıqladı - Canlı

CHP-yə şok zərbə: İncə Ərdoğanı dəstəklədi

Saakaşvilidən ermənilərə çağırış: Onları yerinə oturdun!

Karapetyan xalqa müraciət etdi: Hər kəs qaçacaq

İraqda yasa gedən komitə sədrinin müavini qaçırıldı

Türk aviasiyası bu düşərgələri darmadağın etdi

Serji bitirən səbəb: ikiüzlülük, cinayətkar şəbəkə – De Vaal

Ər-Riyad hədələdi: Qətər pul və ordu göndərməsə...

Samvel gəldi, Qagik tələ qurdu, Nikol... – İrəvan niyə qarışdı?

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla