Yuxarı

ABŞ donanması İranı nəzarətə götürdü: Proses başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranı qarşıda çox çətin və ciddi sınaqlar gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, sanksiyalar İranda inflyasiyanın dərinləşməsinə, kapital axınına, əhalinin maddi rifah halının və ölkənin milli gəlirlərinin azalmasına gətirib çıxaracaq:

“Altı ay ərzində İranın neft hasilatı yarı-yarıya azalacaq. Bu gündən İran gəmilərinin Hörmüz boğazından neft çıxarması qadağan edilib. Belə ki, ABŞ-ın böyük dəniz ekipajı və təyyarədaşıyan gəmiləri boğaza ciddi surətdə nəzarət edir. Bu nəzarət həmçinin kosmosdan da həyata keçirilir. Beləliklə, İran üzərində çox böyük bir nəzarət mexanizmi qurulub. ABŞ-ın İrana qarşı genişmiqyaslı həmləsi hələ ki, neftlə bağlı məsələləri əhatə edir. İran danışıqlar masasına gəlməsə, bu sanksiyalar daha dəhşətli hal alacaq”.

Politoloq bildirib ki, Avropanın İranı israrla kompromisə səsləməsi vəziyyətin kifayət qədər ciddi olmasından xəbər verir:

“Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, ABŞ danışıqlar qapısını açıq qoysa da, İran tərəfi yeni nüvə sazişinin hazırlanması istiqamətində 12 şərt ətrafında müzakirələri qətiyyətlə rədd edir. Bu fonda İranda yeni aksiyaları istisna etmək olmaz. Getdikcə artan gərginlik İrandakı sosial vəziyyəti bir az da pisləşdirəcək. Nəticədə ölkənin bəzi yerlərində, xüsusilə də cənub bölgələrində əhalinin narazılığı kəskin artıracaq. Vəziyyətin ciddiliyinə baxmayaraq, İranın öz siyasətində ciddi korrektələrə gedəcəyinə inanmıram. Bu isə ölkədə sosial partlayışlara gətirib çıxara və rejimin taleyini ciddi sual altında qoya bilər”.

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi noyabrın 5-dən qüvvəyə minib.

Tarix
2018.11.07 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla