Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


ABŞ-da seçkiyə qatılan azərbaycanlı kimin oğludur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:48

ABŞ-da keçirilən aralıq seçkisində əslən azərbaycanlı Adil Bağırov da iştirak edir. Belə ki, həmyerlimiz Ohayo ştatının Mantqomeri vilayət şurasına üzvlük uğrunda mübarizəyə qoşulub. Respublikaçı olan Bağırovun seçkidə qalib gəlmək şansı yüksəkdir.

Axar.az xəbər verir ki, Bağırov ABŞ-dakı seçkidə namizəd kimi iştirak edən ilk azərbaycanlı olaraq tarixə düşüb.

Bağırovun ABŞ-ın siyasi həyatında aktivliyi bir neçə il öncə başlayıb. O, 2013-cü ildə Ohayo ştatının Deyton şəhərindəki Təhsil Şurasının üzvü seçilib. Azərbaycanlı burada 14 min şagirdin təhsil aldığı 30 məktəbə və onlar üçün ayrılmış 500 milyon dollarlıq büdcəyə nəzarət edib.

Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. O, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təsisçilərindən biridir.

1978-ci ildə anadan olan azərbaycanlı gənc 2013-cü ilin aprelində türk əsilli Sevin Elekdağla ailə həyatı qurub. Onun toyunda Azərbaycan, Türkiyə və ABŞ-dan nüfuzlu şəxslər iştirak edib. Toy mərasiminə qatılanlar arasında hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının eks-spikeri Bob Linvinqston da yer alıb. Linvinqstonun Bağırovun toyunda ləzginka rəqsini oynamağa cəhd etməsi o zaman da böyük maraqla qarşılanmışdı.

Adil Bağırovun atası Toğrul Bağırov kifayət qədər nüfuzlu şəxs sayılır. Rusiyada güclü əlaqələri olan Bağırov 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "Lukoyl”, "Transneft”, "Tatneft” və digər enerji şirkətlərində məsləhətçi kimi çalışıb. Bağırov Rusiyanın “Əsrin müqaviləsi”ndə enerji maraqlarının təmini üçün vasitəçilik edib. Bunun sayəsində “Lukoyl” şirkəti müqavilədən 10% pay alıb.

Bağırov BMT-nin qlobal enerji problemləri üzrə ekspertlərindən biri kimi də tanınır. O, hazırda Moskva Beynəlxalq Neft Klubunun icraçı vitse‑prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvüdür. Ata Bağırov həmçinin 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası baş nazirinin ştatdankənar məsləhətçisidir.

Adil Bağırovun anası Sevinc Bağırova Azərbaycanın görkəmli fiziki Həsən Abdullayevin (1918 - 1993) qızıdır. Azərbaycan Dövlət mükafatı laureatı Həsən Abdullayev 1970-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. O, fiziki sahəsində bir sıra uğurlara imza atıb: selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri var. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılıb. Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala ABŞ və Fransanın patentləri verilib.

Həsən bəy 13 monoqrafiyanın, 400-dən çox ixtiranın, onlarla dərsliyin, yüzlərlə elmi məqalənin müəllifidir.

Adil Bağırovun xalası oğlu Elin Süleymanov da yüksək vəzifədədir. O, 2011-ci ildən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

E.Süleymanov 2005-ci ildən 2011-ci ilə kimi ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğunun 1-ci Baş konsulu vəzifəsində çalışıb.

Tarix
2018.11.07 / 13:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Soros dövlətləri dağıdır, hətta Gəzi olaylarını... - Ərdoğan

ABŞ YPG üçün gizli şəkildə 300 yük maşını göndərdi - Foto

Bu pulların haradan gəldiyi bəlli deyil - Ruhaninin müavini

Suriya ordusu "Qafqaz əsgərləri" ilə savaşa başladı: Nəticə

İran nüvə sazişindən niyə geri çəkilmir? - Qasımi açıqladı

"ABŞ bununla Türkiyə-Rusiya əlaqələrinə təsir etmək istəyir"

Rusiya orduda dövlət sirlərini belə qoruyacaq

Ukraynaya güvənə bilmərik, artıq Türkiyədən daşınacaq - Rus ekspert

Şok: Neftin qiyməti belə olarsa, Rusiya iqtisadiyyatı...

Trampın bu planı vaxt itkisidir - İsrail

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla