Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


ABŞ İrəvana vəzifə verir: Qafqazda yeni müharibə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların Qafqazla bağlı böyük planı var və Ağ Ev artıq bu plana uyğun təşəbbüslərə başlayıb.

Bu sözləri Axar.az-a Con Boltonun Cənubi Qafqaza səfəri və rusiyalı politoloq Semyon Baqdasarovun Ermənistanın adının dəyişdirilərək Şərqi Ermənistana çevrilməsi ilə bağlı fikirlərini şərh edən azərbaycanlı ekspert Fuad Abbasov deyib.

“Ağ Ev artıq görür ki, bu gün-sabah Suriya ərazisində hərbi əməliyyatlar başa çatacaq, İran, Rusiya və Türkiyə Almaniya və Fransa ilə razılaşacaq, ABŞ isə bu proseslərdən kənarda qalacaq – məsələ ABŞ-ın iştirakı olmadan həll ediləcək. Buna görə də onlara yeni müharibə, yeni gərginlik ocağı lazımdır. Ermənistandan daha yaxşı heç kim ABŞ-ın bu tələblərinə cavab verə bilməz”, - ekspert bildirib.

Politoloqun fikrincə, Qafqazın geosiyasi rəqabətə cəlb olunmasına kömək edən əsas fakt kimi Ermənistanın İran, Türkiyə, Azərbaycan, Gürcüstanla sərhədinin olmasını və Rusiya ilə yaxınlığını göstərmək olar. Daha doğrusu, bu bölgə yeni bir müharibənin başlanması üçün möhtəşəm bir ərazidir.

“Baqdasarov bunu sadəcə beyin fəaliyyətinin nəticəsi kimi boş yerə söyləməyib. Mənim fikrimcə, bu, Qafqazda böyük bir müharibə üçün hazırlıqlardır. Yəni Ermənistanın adı Şərqi Ermənistana çevrilir, Qərbi Ermənistanın birləşdirilməsini tələb edir, 100 il əvvəl olduğu kimi ermənilər Türkiyə ərazilərinə yönəlir və buyurun, yeni bir gərginlik ocağı yarandı”.

Abbasov Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində Qərbi Ermənistan adı altında Türkiyəyə qarşı ərazi iddialarına dair bir maddənin olmasını xatırladıb:

“Bu, bir yavaş fəaliyyət bombasıdır. Geosiyasi vəziyyətin minimal dəyişikliyi zamanı Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edəcək. ABŞ-a isə Türkiyəyə, eyni zamanda İran, Azərbaycan, Rusiya hətta Gürcüstana qarşı məhz elə bu cür təsir mexanizmi lazımdır. Bunun üçün Ermənistandan daha uyğun namizəd yoxdur”.

Ekspert həmçinin ABŞ-ın Ermənistandakı səfirliyinin personalının sayına da diqqət çəkib:

“ABŞ-ın personal sayına görə ikinci böyük səfirliyinin İrəvanda yerləşməsi təsadüfi deyil. Bütün bu diplomatlar isə heç də xeyriyyə işləri ilə deyil, Qafqaz ərazisində başlayacaq və Rusiya Federasiyasını zəiflədəcək yeni bir geosiyasi qarşıdurmaya hazırlıqla məşğuldur”.

Tarix
2018.11.07 / 18:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Soros dövlətləri dağıdır, hətta Gəzi olaylarını... - Ərdoğan

ABŞ YPG üçün gizli şəkildə 300 yük maşını göndərdi - Foto

Bu pulların haradan gəldiyi bəlli deyil - Ruhaninin müavini

Suriya ordusu "Qafqaz əsgərləri" ilə savaşa başladı: Nəticə

İran nüvə sazişindən niyə geri çəkilmir? - Qasımi açıqladı

"ABŞ bununla Türkiyə-Rusiya əlaqələrinə təsir etmək istəyir"

Rusiya orduda dövlət sirlərini belə qoruyacaq

Ukraynaya güvənə bilmərik, artıq Türkiyədən daşınacaq - Rus ekspert

Şok: Neftin qiyməti belə olarsa, Rusiya iqtisadiyyatı...

Trampın bu planı vaxt itkisidir - İsrail

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla