Yuxarı

Fransız tarixçidən Makrona: Ruslar haqda belə danışma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız tarixçi Eduar Yusson I Dünya müharibəsinin başa çatmasının 100 illiyi ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı “düşmən” elan edən bəyanatına kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə tarixçi “Atlantiko” nəşrində məqalə yazıb.

Tarixçinin sözlərinə görə, I Dünya müharibəsinin ən qanlı döyüşlərindən birinin yaşandığı Verden şəhərində olarkən Makron Rusiya, Çin və ABŞ-a qarşı mübarizə aparmaq üçün “əsl Avropa ordusu” yaradılması barədə fikirlər səsləndirib. Eyni zamanda, fransız hökuməti də bu tarixə aid bütün hadisələrin sülh mövzusuna həsr ediləcəyini qeyd edib.

Yussonun fikrincə, Rusiyanın düşmən elan edilməsi üçün yer və məkan seçimi böyük heyrət doğurub. Bundan əlavə, bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinin də Parisə səfəri nəzərdə tutulub.

“Müasir Rusiyaya qarşı iradlar nə olursa olsun, dünya onları birləşdirən dəyərləri xatırlamalıdır. Rusiya ordusu 1914-cu ilin payızında göstərdiyi qəhrəmanlığa və böyük itkilərinə görə hörmətə layiqdir. Bunlar olmasa, bəlkə də Almaniyanı məğlub etmək mümkün olmayacaqdı. Öldürülən 1.8 milyon rus əsgərini yad etməyin vaxtı gəlməyib? Siyasəti bir kənara qoyub XX əsrdə iki dəfə dünyanı xilas etmiş xalq və ölkə barədə xatırlamaq lazımdır”, - tarixçi bildirib.

Tarixçi Rusiyanın “Avropanın azadlığının müdafiəsi” uğrunda Birinci Dünya müharibəsi zamanı 5, ikinci dünya müharibəsi zamanı isə 27 milyondan artıq itki verdiyini xatırladıb.

“SSRİ-nin süqutundan sonra heç bir alman kansler Rusiyaya qarşı bir dəfə də olsun, sülh naminə bir addım atmayıb, ancaq Fransa və Almaniya belə fikirləri bir-birinə qarşı müxtəlif tədbirlər çərçivəsində dəfələrlə səsləndiriblər”, - tarixçi fikrini tamamlayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan müstəqil olan Avropa ordusunu yaratmağı təklif edib. Onun sözlərinə görə, bu orda Rusiya aqressiyasına da cavab olmalıdır.

Tarix
2018.11.08 / 13:55
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla