Yuxarı

Ərdoğana deyərdim ki, əcdadlarım... - Sərkisyandan absurd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Prezidenti Armen Sərkisyan İsveçrə və Fransa kanallarına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla bağlı verdiyi açıqlamaya aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Armen Sərkisyan sözügedən reportaj zamanı erməni-türk münasibətləri ilə əlaqədar ayrıca bir açıqlama vermədiyini bildirirərək, bu tip açıqlamaların Ermənistan Xarici İşlər Nazirliyindən və hökumət qanadından verilməsi lazım olduğunu söyləyib:

Reportaj zamanı jurnalist mənə anidən sual verdi. Sual bəsit idi: "Əgər indi qarşınızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olsa idi, nələr deyərdiniz". Mən də səhər olduğu üçün, "Günaydın və bir erməni kimi danışılacaq şeylərimiz var, deyərdim” - dedim”.

O bildirib ki, sözügedən açıqlamanın siyasətlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Prezidenti Armen Sərkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edərək, “Mən Ərdoğana deyərdim: Salam, cənab prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə iddialı çıxış edib.

Tarix
2018.11.09 / 22:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla