Yuxarı

Suriya ABŞ-a görə BMT-yə iki məktub göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Suriyanın İraqla sərhədində yerləşən Hacin bölgəsinə təşkil etdiyi hava hücumu ilə bağlı BMT-yə iki məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, nazirliyin 26 nəfərin ölməsi ilə nəticələnən hücumla bağlı BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının rəhbərinə göndərdiyi rəsmi məktubda əsl hədəfin mümkün olduqca daha çox mülki vətəndaşın öldürülməsi, daha çox dağıntılar törətmək və evləri yox etmək olduğu vurğulanıb.

Suriya XİN BMT-ni və digər beynəlxalq təşkilatları ABŞ və liderliyindəki koalisiyasının törətdikləri vəhşiliklərin qarşısını almağa çağırıb. Bu istiqamətdə təcili və təsiredici tədbirlərin görülməsinin lazım olduğunu bildirən nazirlik cinayətin ciddi və şəffaf araşdırılmasını tələb edib.

Qeyd edək ki, ötən gün ABŞ koalisiyasının Suriyanın İraqla sərhədində yerləşən Hacin bölgəsinə təşkil etdiyi hava hücumunda 14-ü uşaq olmaqla, 26 mülki vətəndaş ölüb.

Tarix
2018.11.10 / 21:22
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla