Yuxarı

Ərdoğan Trampla görüşdü: Bir masa arxasında - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.10 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarəsi ilə Parisə gedib.

Axar.az xəbər verir ki, Ərdoğan Fransaya Prezident Emmanuel Makronun dəvəti ilə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün 2 günlük rəsmi səfər edib. Həmçinin səfər çərçivəsində Ərdoğanın bir sıra ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparması planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Fransaya Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, sözçüsü İbrahim Qalın və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da səfər edib.

***

Türrkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Məlumata görə, görüşdə tərəflər arasında suriyalı qaçqınlar barədə müzakirələr aparılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Fransa Prezidenti Emmanuel Makronun dövlət və hökumət başçılarının şərəfinə verdiyi axşam yeməyində görüşüb.

Yemək masasında Ərdoğan və Tramp yanaşı əyləşərək söhbət ediblər.

Onların konkret hansı məsələ ətrafında söhbətləşdiyi barədə məlumat verilməyib.

Tarix
2018.11.11 / 01:21
Müəllif
Nərmin, Büllurə
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla