Yuxarı

İsrailə 300 raket atıldı, "Dəmir Qübbə" işə düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.12 - 19:23

İsrail ordusu Qəzzanı bombardmana başlayıb.

Axar.az xəbər verir ki, hərbi təyyarələr Qəzzaya zərbələr endirib.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında ötən gündən şiddətli qarşıdurma yaşanır. İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Paris səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb.

***

İsrail ordusu havadan və qurudan Qəzzada 70-dən çox hədəfə zərbələr endirib.

Hücum nəticəsində 3 fələstinlinin öldüyü bildirilib.

Qəzzadan atılan raketlər səbəbindən isə 16 israilli xəsarət alıb.

***

Qəzzada zorakılıq sona çatdırılmalıdır.

Bunu Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

Moqerini Qəzzada son bir neçə saatdır artan gərginliyin narahatverici olduğunu bildirib, şiddəti dayandırmağa çağırış edib.

***

Qəzza sektorundan İsrailə təxminən 300-ə yaxın raket buraxılıb.

Məlumata görə, onlarla raket “Dəmir Qübbə” havadan müdafiə sistemi ilə zərərsizləşdirlib.

Qeyd edək ki, İsrailin cənub sərhədləri boyu həyəcan siqnalı verilib.

Əhaliyə Fələstin tərəfinin yaşayış məntəqələrini atəşə tutması ilə bağlı xəbərdarlıq edilir.

Tarix
2018.11.13 / 01:02
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla