Yuxarı

HƏMAS İsraili “rusca” vurdu, Dəmir Qübbə aciz qaldı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu ilə yaşanan son qarşıdurma zamanı HƏMAS yeni raket texnologiyasını nümayiş etdirib. Yeni yaradılan və adı açıqlanmayan raket sistemləri ilə bazar günündən etibarən HƏMAS İsrail mövqelərinə 460 raket zərbəsi endirib. İsrailin Dəmir Qübbə müdafiə sistemləri bu raketlərin böyük əksəriyyətinin qarşısını ala bilməyib.

İsrail ordusu da faktı təsdiq edib. Ordudan verilən açıqlamada Dəmir Qübbə müdafiə sistemlərinin buraxılan 460 raketdən yalnız 100-nün qarşısını ala bildiyi ifadə edilib.

Axar.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Conatan Konrikus fələstinlilərin raket texnologiyasını yenilədiyini, son qarşıdurmalar zamanı isə rus istehsalı tank əleyhinə raket sistemlərindən istifadə edildiyini açıqlayıb.

HƏMAS-a yaxın mənbələr də bu iddianı qismən təsdiqləyib. Mənbələr raketlərin yeniləndiyini, ancaq yeni sistemlə bağlı məlumat verə bilməyəcəklərini qeyd ediblər.

Müdafiə sisteminin yarılması yəhudilərin kəskin narazılığına səbəb olub. Qəzza yaxınlığındakı yəhudi əhali İsrail hökumətinə qarşı etiraz edib. HƏMAS-ın yeni raketlər vasitəsilə uğur qazanmasında İsrail hökumətini lazımı tədbirlər görməməkdə ittiham edən yəhudilər etirazlar və hökumət əleyhinə şüarlar səsləndirərək, aksiyalar zamanı avtomobil şinləri yandırıblar.

HƏMAS-ın raket hücumlarına görə yüzlərlə yəhudi riskli bölgələri tərk edib. Evlərini tərk edən yəhudilər hökumətin atəşkəs bağlamasının utancverici olduğunu bildiriblər.

Yaşanan son qarşıdurmada təhlükəsizlik sahəsindəki boşluqları fəlakət adlandıran İsrail müxalifəti isə Netanyahu və Likud Partiyasının HƏMAS-a təslim olduğunu söyləyiblər.

Tarix
2018.11.15 / 11:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla