Yuxarı

İrəvanda 2 blok, 9 partiya savaşa girdi – Detallar bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Armen Smbatyan deyib. Onun sözlərinə görə, parlamentə ən çox namizəd siyahısı Mənim Addımım Blokundan göstərilib. Buradakı namizədlər siyahısına Nikol Paşinyan rəhbərlik edir. Proporsional və majoritar qaydada keçiriləcək seçkiyə blok ümumilikdə 183 nəfərin adını təqdim edib. Ölkənin Seçki Məcəlləsinə əsasən, onlardan yalnız ən reytinqli olanlarının parlamentə düşmək şansı yaranacağı vurğulanıb.

Seçki siyahısının çoxluğuna görə Mənim Addımımdan sonrakı yeri Çiçəklənən Ermənistan (175) və Daşnaksütyun Partiyası (152) tutur. Ümumilikdə seçkidə Mənim Addımım və Biz blokları, Çiçəklənən Ermənistan, Respublikaçılar, Daşnaksütyun, İşıqlı Ermənistan, Xristian Demokratik Oyanış, Vətəndaşın Seçimi Sosial Demokratik, Orinats Yerkir, Milli İnkişaf və Sasna Çrer partiyaları iştirak edir.

Nikol Paşinyan seçkiyə hazırkı Yelk Blokunda olan müttəfiqləriylə birgə getmir. Bu blok artıq tam parçalanıb. Blokun tərkibində olan Vətəndaş Müqaviləsi Partiyası Mənim Addımım Blokunu yaradıb. Aram Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası isə əvvəlcə İşıqlı Ermənistan Partiyası ilə birlik yaratmağa çalışsa da, uğur qazanmayıb. Nəticədə partiya Azad Demokratlar Partiyası ilə birgə Biz Blokunu təsis edib. Mətbuata özünün daha iddialı siyasətçi kimi təqdim etməyə çalışan Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan isə seçkiyə təkbaşına qoşulub.

Budəfəki seçkiyə qatılan Orinats Yerkir “məxməri inqilab” zamanı Paşinyana ilk dəstək verən partiyalardan biri olduğuna görə seçkidə nüfuz qazanacağına ümid edir.

Seçkiyə qatılan iki yeni partiya isə Xristian Demokratik Oyanışı və Sasna Çrerdir.

Politoloq Levon Şirinyanın rəhbərlik etdiyi Xristian Demokratik Oyanışı daha çox mübaliğəli proqramla çıxış edirlər, lakin partiyanın Şirinyanın daim Paşinyana yaxın olmasına rəğmən səs toplamaq ehtimalı az görünür.

Sasna Çrerə gəldikdə isə bu partiya seçkidə müəyyən sürprizlər edə bilər. Partiya seçkidə iştirak edən qüvvələr arasında ən radikal mövqeyə sahibdir. Bu siyasi qüvvə ölkədə Rusiyanın təsirinin tam ləğv edilməsi, Qarabağın dərhal tanınması kimi sərt tələblərlə çıxış edir. Doğrudur, partiyanı dəstəkləyəcək elektoratın sayının çox olması gözlənilmir, amma onun dəstəkçiləri sırasında erməni general Samvel Babayan da yer alıb.

Parlamentə Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan, Daşnaksütyun, Respublikaçılar və Sasna Çrer partiyalarının daxil olma ehtimalı böyükdür. Ümumilikdə seçkidə parlamentə düşmək üçün partiyaların 5%-lik, blokların isə 7%-lik baryeri keçməsi tələb olunur.

Qeyd edək ki, keçən parlament seçkisində 5 partiya, 4 blok iştirak etmişdi. Bunlar Respublikaçı, Kommunist, Daşnaksutyun, Azad Demokratlar və Erməni Dirçəlişi partiyaları, həmçinin Yelk, Ermənistan Milli Konqresi, Ohanyan-Raffi-Oskanyan və Çarukyan blokları idi. Bunlardan yalnız Respublikaçılar, Daşnaksütyun partiyaları və Çarukyan və Yelk blokları parlamentə düşə bilmişdi.

Ermənistandan parlament seçkisi 9 dekabrda baş tutacaq.

Tarix
2018.11.15 / 12:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla