Yuxarı

Qaşıqçı vəliəhdin əmri ilə öldürülüb - MKİ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Camal Qaşıqçının ölüm əmrini Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbəsinə istinadən yayıb.

MKİ-nin bununla bağlı yekun rəy hazırladığı qeyd olunub. Buna əsasən, Məhəmməd bin Salmanın ABŞ-dakı qardaşı, eyni zamanda Ər-Riyadın ABŞ-da səfiri olan Xalid bin Salmanın Türkiyəyə gəlməzdən əvvəl Camal Qaşıqçı ilə telefonla danışdığı müəyyən olunub. Danışıqlar zamanı Xalid bin Salman Qaşıqçının İstanbuldakı baş konsulluğa müraciət etməsi üçün heç bir təhlükənin olmadığını deyib. Məlumat görə, bu danışıq Məhəmməd bin Salmanın tapşırığı ilə gerçəkləşdirilib.

Hələlik MKİ-nin Xalid bin Salmanın cinayətdə əlinin olub-olmaması haqqında məlumatlara sahib olmadığı vurğulanıb.

Tarix
2018.11.17 / 10:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla