Yuxarı

Fatih Terim Əmrəni FETÖ-dən belə xilas edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul 23-cü Ağır Cinayət Məhkəməsində davam edən və Arif Ərdəm, İsmayıl Dəmiriz, Uğur Tütünəkər kimi Türkiyənin tanınmış futbolçuların mühakimə olunduğu məhkəmə “Başakşəhər”in ulduzu Əmrə Belözoğlu və “Qalatasaray”ın baş məşqçisi Fatih Terim arasındakı FETÖ müzakirəsini ortaya çıxarıb.

Axar.az xəbər verir ki, bununla bağlı FETÖ-nun 2000-ci ilin əvvəllərinə qədər “futbol imamı” kimi tanınan Süleyman Sait Aksoy məhkəmədə ifadə verib.

Aksoyun sözlərinə görə, həmin dövrdə “Qalatasaray”ın sükanı arxasında olan Fatih Terim futboldakı Gülən qruplaşmasına qarşı olub, hətta Əmrə Belözoğluna “Fətullahçılarla münasibətini bitir” deyərək sərt şəkildə xəbərdarlıq da edib.

“Qalatasaray”ın UEFA kubokunu qazanan heyətindəki bəzi simalar “Gülən camaatı”na bağlı idi. Bunlara həmişə xüsusi diqqət ayrılırdı. Əksər hallarda sübh namazında bir yerə toplanır, daha sonra futbolçuların evlərinə gedərək dini söhbətlər edərdik. Əmrənin o vaxtlar yaşı az olsa da, adı çox tez-tez hallanırdı. O vaxt belə bir hadisə olmuşdu. Fatih Terim bir neçə dəfə onu otağına çağırıb sərt bir şəkildə “Fətullahçılarla əlaqəni kəs. Bunlar sənin karyeranı bitirər, gələcəyini qaraldar. Mən komandamda belə bir qruplaşma olmasına əsla icazə vermərəm” deyərək xəbərdarlıq edib. Bunu mənə futbolçular danışmışdı”, - Aksoy məhkəmədə deyib.

Tarix
2018.11.19 / 14:33
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla