Yuxarı

Türk dövlətindən unikal addım: Antenalar yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda peyk antenaları satışdan yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq" radiosu yayıb.

“Peyk antenaları daha çox Aşqabadın Gülüstan, Summar, Altın Asır Gündoğar bazarlarında satışa çıxarılırdı. İndi bu antenalar satılmır. İddialara görə, bu antenaların satışı qadağan edilib. Belə ki, ticarətlə məşğul olanlara bu qadağa şifahi formada çatdırılıb və onlara əməl etməyəcəkləri təqdirdə ticarət hüquqlarının ləğv olunacağı bildirilib”, – deyə radionun müxbiri bildirib.

Türkmənistanda peyk antenaları 1990-cı illərdən bu yana yayılıb. Yerli əhali peyk antenaları vasitəsilə daha çox Rusiya və Türkiyə kanallarına baxır. Sərhəd bölgələrində isə daha çox özbək, qazax və Azərbaycan televiziyaları məşhurdur.

Ölkədə peyk antenalarının qadağası 2015-ci ildən başlayıb. Buna səbəb kimi mərkəzləşdirilmiş kabel televiziyasına keçid göstərilib. Kabel televiziyasının dəyərinin son 8 ildə 5 dəfə artması insanların yenidən peyk antenalarına müraciət etməsiylə nəticələnib.

Tarix
2018.11.20 / 17:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla