Yuxarı

Bu savaşda ABŞ-a məğlub olacağıq – Gürcü jurnalist

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnvestorlar “Netfliks” şirkətinin abunəlik potensialını 350 milyon olaraq qiymətləndirirlər. Şirkət də gözləntiləri doğrultmaq üçün vasitələr axtarır. Televizor, planşet və telefonlar əməkhaqqının ABŞ-dan dəfələrlə aşağı olduğu ölkələrdə istehsal olunur, amma standart abunə haqqının qiyməti çox yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri gürcü jurnalist, prodüser Tina Kandelaki çağdaş dünyada televiziya və internet arasında gedən rəqabətlə bağlı yazıb. O, bəzi maraqlı faktları açıqlayıb:

“Netfliks”in tapdığı çıxış yolu o qədər də orijinal deyil: HD keyfiyyətini kəsmək, akkauntu bir qurğu ilə məhdudlaşdırmaq və ay ərzində 10 dollarlıq abunə haqqını 4 dollara endirmək. İndi gözləyirik, görək, 137 milyon abunəçi necə olacaq...

Və ya gözləmirik, çünki “Netfliks” lokal milli şəbəkələr üçün ciddi təhlükə yaradır. Mən min dollardan mərc gələrəm ki, üç il ərzində yeni regional seqmentlər yaranacaq və bu seqmentlərdə ciddi tamaşaçılar tərəfindən sevilən istənilən şouya baxmaq mümkün olacaq.

Televiziyalar internet xidmətləri ilə rəqabəti davam etdirə bilmir. Çünki onlar öz fəaliyyətini müəyyən proqram çərçivəsinə sığışdırmağa məcburdur. İzləyici üçün “Haus of cards” və ya “Majorov”u bir kliklə istədiyi zaman izləmək daha rahatdır.

Televiziyanın yeni dünyada rəqabəti necə qazanacağını çox böyük maraqla izləyirəm. Amerikalılar tamaşaçı üçün fəal mübarizə aparırlar, minlərlə istehsalçı şirkət və milyonlarla insan bunun uğrunda çalışır. Nəticədə biz ABŞ-da televiziya reytinqlərinin artdığını görürük.

Bu müharibəni qazanmaq olarmı? Yəqin ki! Mən əminəm ki, hər ambisiyalı rus prodüser bunu istəyir. Bunun üçün nə etmək lazımdır? Öz imkanlarından daha çox işləmək. Çünki indi Rusiyada həm sənaye, həm kreativ industriyada istehsalçılıq çox aşağıdır: “Market Votç” analitiklərinin sözlərinə görə, Rusiyada bu, 5,6 dollar, ABŞ-da isə 33,7 dollardır.

Bu fərqi necə aradan qaldırmaq olar? Günümüzün yarısını internetdə keçirir, nahara çox vaxt sərf edirik, saat altıda isə evimizə qaçırıq. Bu problem məni çoxdandır düşündürür. Bu paradiqmada biz, sözsüz ki, məğlub olacağıq”.

Tarix
2018.11.21 / 17:56
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla