Gəncədə yaşayış binasında güclü yanğın - Video
00:18
Ana səhifə Planet |
ABŞ-ın aylardır üzərində çalışdığı, amma nə zaman hazır olacağı bəlli olmayan, Prezident Donald Trampın "Əsrin müqaviləsi" kimi də dəyərləndirdiyi sülh planı vaxt itkisidir.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Ədliyyə naziri Ayaled Şaked bildirib.
Fələstin və İsrail arasında sülhün təmin edilməsinin mümkünsüz olduğunu deyən Şaked Trampa fələstinlilərlə ortaq məxrəcə gələnə qədər enerjisini başqa şeylərə sərf etmək barədə çağırış edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstin arasında "Əsrin müqaviləsi"nin hazırlanması istiqamətində iş aparıldığını bəyan edib.
Tarix
2018.11.21 / 19:16
|
Müəllif
Kamran Ədalət
|