Yuxarı

İspaniya və Britaniya arasında Cəbəllütariq razılığı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya və Böyük Britaniya Breksitlə bağlı Cəbəllütariq üzrə siyasi memorandumları razılaşdırıblar, lakin Madrid Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.

Report xəbər verir ki, söhbət Britaniyanın Aİ-dən çıxmasına dair sazişin bir hissəsi olan Cəbəllütariq üzrə əvvəl razılaşdırılmış protokol çərçivəsində qarşılıqlı anlaşma memorandumlarından gedir.

Sənədlər arasında Cəbəllütariqdə ucuz olduğundan İspaniyaya tez-tez qaçaqmalçılıq yolu ilə gətirilən tütünün qiymətinin tənzimlənməsi var. Cəbəllütariq hökuməti onun qiymətini artırmağa razılıq verib. İkinci sənəd sərhəd işçiləri (Gündəlik olaraq Cəbəllütariqdə işləyən 10 mindən çox ispaniyalı bu ölkə ilə sərhədi keçir), üçüncü ətraf mühit məsələləri, dördüncü polis və sərhəd əməkdaşlığı ilə bağlıdır.

Beşinci sənəd vergi sazişinə aiddir. İspaniya hökumətini Cəbəllütariqdə vergilərin aşağı olması narahat edir ki, bu da bir çox ispan şirkətlərinin İspaniyada vergidən yayınmaq üçün orada qeydiyyatdan keçməsinə gətirib çıxrır.

Cəbəllütariq hökuməti bu məsələni həll edəcəyinə söz verib.

Bundan əvvəl İspaniya Breksit sazişini dəstəkləmək üçün şərt irəli sürmüşdü.

Tarix
2018.11.22 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla