Yuxarı

Bir Su-25 yerə çırpıldı, İrəvanda təlaş yarandı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın qəzaya düşən Su-25 hərbi təyyarəsinin qalıqlarının fotoları yayılıb.

Axar.az xəbər verir ki, görüntülərdə təyyarənin hissələrə parçalandığı əks olunub.

Mətbuatın diqqət etdiyi əsas məqam isə Su-25 qəzasının Ermənistana baha başa gəlməsiylə bağlı olub. Belə ki, mətbuatda ölkənin Hərbi Hava Qüvvələrində cəmi 1 MiQ-25 və 15 ədəd Su-25-in olduğunu, buna görə də həmin itkinin HHQ-nə çox ciddi təsir etdiyi vurğulanıb:

“Bu təyyarələr yeni deyil, amma modernizasiya imkanlarını qoruyub saxlayırlar. Ermənistanın maliyyə imkanlarını nəzərə alsaq, hansısa ciddi modernizasiyadan söhbət gedə bilməz. Sözsüz ki, araşdırma faciənin dəqiq səbəblərini öyrənməyə kömək edəcək, amma böyük ehtimalla bu qəzaya səbəb texniki çatışmazlıq, ya da pilotların səhvi ola bilər”, - Sputnik Armeniya qeyd edib.

Mediaya açıqlama verən erməni hərbi ekspert Leonid Nersisyan isə Su-25-lərin vəziyyətinin çox pis olduğunu vurğulayıb:

“Ermənistan Su-25-ləri 90-cı illərdə Slovakiyadan alıb. Onların texniki vəziyyəti yumşaq şəkildə desək, ortadır. Artıq çoxdandır əsaslı təmir həyata keçirilmir. Bu maşınlar təkcə ciddi təmirə yox, həm də tam modernizasiyaya ehtiyac duyurlar. Bu təyyarələrin elektronikası düzəlməyəcək dərəcədə köhnəlib. Əgər biz faciədən danışırıqsa, o zaman radiolokasiya və peyk naviqasiyaları da faciəyə gətirib çıxara bilər. Təyyarələri hər bir halda yeniləmək lazımdır”.

Qeyd edək ki, Ermənistanın şimal-qərbindəki Maralik şəhəri yaxınlığında Ermənistanın Su-25 hərbi təyyarəsi ötən gün yerə çırpılıb. Qəza nəticəsində hər iki pilot – polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan ölüb.

Tarix
2018.12.05 / 09:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla