Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2018


Paşinyanın gizli danışığı yayıldı: Rusiyaya qarşı necə çıxır… - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.

Paşinyan həmçinin Rusiya tərəfi ilə heç bir problemin yaranmaması üçün bu məsələlərin müzakirə edilməsi gərəkdiyini və bunu dərhal edəcəyini deyib.

Ermənistan mətbuatının iddiasına görə, tərəflər arasında ilk danışıq Paşinyanın Peterburqa səfəri zamanı baş tutub. Bu səfər zamanı Vanetsyan daha bir neçə də Paşinyana zəng edib. Səs yazısında Paşinyanın Vanetsyana sakit formada cavab verməsi əks olunub.

Belə ki, telefon zəngi zamanı Vanetsyan Xaçaturovun həbsinə görə artıq onu rus kəşfiyyatçılarının ziyarət etdiyini deyib:

“Məni Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətininin nümayəndələri ziyarət ediblər. Onlar deyirlər ki, biz bunu etməməliyik. Deyirlər ki, heç olmasa KTMT rəhbərliyindən adamınızı çəkib sonra həbs edin, əks təqdirdə bu KTMT-nin avtoritetinə zərbə vuracaq”.

Vanetsyanın həmçinin Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla da səs yazısı yayılıb. Burada Vanetsyan Xaçaturov və Köçəryanın həbsini Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə müzakirə etdiyini və situasiyanın çox çətin olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkədə və mətbuatda Vanetsyanla Xaçaturovun telefon danışığını əks etdirən səs yazısı yayılmışdı. İrəvan bununla bağlı cinayət işi qaldırmış, bir neçə yerdə axtarışlar aparılmışdı. Axtarışların keçirildiyi ünvanlar sırasında Köçəryana yaxınlığı ilə seçilən “Yerevan Tudey” saytı da yer almışdı. Bundan sonra Köçəryanın mediadakı əsas dayaqlarından biri olan Samvel Mayrapetyan həbs edilmişdi. Bəzi mənbələr onun rəsmi iddiada göstərildiyi kimi rüşvət almağa görə yox, məhz telefon danışığının səs yazısının yayılmasında iştirak etdiyinə görə həbs edildiyini bildiriblər.

Tarix
2018.12.06 / 09:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ər-Riyaddan ABŞ-a sərt cavab: Rədd edirik

İsrail ən güclü ZTR-lərinin görüntülərini yaydı - Video

Muradov: Türkiyə Rusiyaya qarşı təhlükəli həmlə edir - Video

Sərkisyandan şok etiraf: Biz olmasaq, Rusiya...

Qarabağda erməni hərbçi gözündən vuruldu

Fransa “Sarı jiletlilər”in vurduğu ziyanı açıqladı

Yunanıstanda televiziya binası partladıldı

Türk ordusu BƏƏ və Səudiyyəni təşvişə saldı

Saakaşvili hamını Tiflisə çağırdı: hakimiyyət dəyişənə qədər…

Rusiya möhtəşəm raketinin sınağına başlayır

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla