Yuxarı

MDB liderləri Peterburqa toplanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək.

Axar.az xəbər verir ki, bu görüşün planlaşdırıldığı gün Avrasiya Ali İqtisadi Şurasının iclası da baş tutacaq. Avrasiya İttifaqının iclasının Vladimir Putinin rəhbərliyi ilə keçiriləcəyi vurğulanıb. İclas zamanı təşkilatın fəaliyyətinə dair cari və təşkilati məsələlərə baxılması nəzərdə tutulub.

Bugünkü iclasa Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova prezidentlərinin, eləcə də Ermənistanın baş nazir əvəzinin qatılması nəzərdə tutulub. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan artıq Sankt-Peterburqa gəldiyi haqqında məlumat yayıb.

Bu, Avrasiya Ali İqtisadi Şurasının cari ildə ikinci iclasıdır. İclasda liderlərin təkbətək və genişləndirilmiş tərkibdə görüşləri planlaşdırılıb.

Bu iclaslardan sonra MDB liderlərinin ənənəvi qeyri-rəsmi görüşü də keçiriləcək. MDB dövlət başçılarının son belə iclası keçən ilin dekabrında Rusiya Prezidentinin Moskva ətrafındakı Novo-Oqarevo iqamətgahında baş tutub.

Qeyd edək ki, MDB dövlət başçılarının son sammiti sentyabrın 27-də Düşənbədə keçirilmişdi.

Bundan öncə dekabrın 6-də KTMT dövlət başçılarının da iclasının keçirilməsi planlaşdırılsa da sonradan bu sammit ləğv edilib. Paşinyan bunu Putinin təklif etdiyini desə də, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov xahişin İrəvandan gəldiyini bildirdi.

N.Paşinyanın mətbuat katibinin Uşakovu təkzib etməsindən sonra isə Rusiya XİN məsələyə kəskin reaksiya verdi.

Tarix
2018.12.06 / 10:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla