Yuxarı

Roma Papası ilk dəfə bu ərəb ölkəsinə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün Tvitter səhifəsində yazıb.

O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yanaşı yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün Tvitter hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Bildirilir ki, BƏƏ ilə Vatikan arasında diplomatik münasibətlər 2007-ci ildə qurulub. 2010-cu ildə Hissa Al Otayban BƏƏ-nin Vatikanda ilk səfiri təyin edilib.

KİV-lərin məlumatına görə, pontifikin BƏƏ-yə səfəri fevralın 3-5-də nəzərdə tutulub. Roma Katolik Kilsəsinin başçısı “İnsanların qardaşlığı” mövzusunda keçirilən Beynəlxalq dinlərarası görüşdə iştirak edəcək.

Tarix
2018.12.06 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla