Yuxarı

Moskva İrəvanda bu klubu niyə yaratdı? - Rus ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lazarev klubu" Rusiyanın erməni cəmiyyətinə yanaşma hesabına Ermənistanı saxlamaq, Rusiya-Ermənistan münasibətlərində yaranmış çətin situasiyanı korrektə etmək cəhdidir.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına açıqlamasında rusiyalı politoloq Aleksandr Fenenko deyib.

“Bu, gecikmiş cəhddir. Ermənistan hələ 2016-cı ildən Qərbə tərəf baxır. Bu, Serj Sərkisyan hakimiyyəti dönəmindən başlayıb. Son 15 ildə Ermənistanda Qərbin qeyri-hökumət təşkilatları aktiv fəaliyyət aparıblar. Rusiya Ermənistan hakimiyyəti ilə dialoq qurmağa cəhd edib, amma bu dialoqu erməni ictimaiyyəti ilə aparmayıb. Bunun üçün əsas var idi. Ona görə ki, Serj Sərkisyan bu dialoqa qarşı çıxır, onu Ermənistanın daxili işlərinə müdaxilə kimi dəyərləndirirdi. Buna görə də "Lazarev klubu" erməni ictiamiyyəti ilə dialoqu bərpa etmək cəhdidir. Paşinyanın nümayəndələri klubun iclasında iştirak etmədi. Bu o deməkdir ki, "Lazarev klubu" missiyasını yerinə yetirmədən məhv olub”, – deyə o bildirib.

O, klubun təsisçisi olan rusiyalı deputat Konstantin Zatulinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatların Moskvanın rəsmi mövqeyi olmadığını deyib. Politoloqun fikrincə, klubda dialoqun yalnız antiazərbaycan siyasəti üzərində qurulması Ermənistana Rusiyadan antiazərbaycan bəyanatlarından başqa heç nə lazım olmadığını göstərir.

Fenenko KTMT sammitinin vaxtının dəyişdirilməsi ilə bağlı Paşinyanın Putinin köməkçisi Yuri Uşakova qarşı səsləndirdiyi iddialara da münasibət bildirib:

“Ermənistanın yeni hökuməti Moskva ilə ayrılmaq üçün bütün metodlardan istifadə edir. Onlar mübahisə üçün bəhanə axtarırlar ki, KTMT-dən çıxıb, Qərbin tərəfinə keçsinlər. Böyük ehtimalla Ermənistan həqiqətən Moskvadan parlament seçkisinə görə sammitin vaxtının dəyişdirilməsini xahiş edib. Moskva razılaşaraq İrəvana güzəştə gedib. Bu zaman isə İrəvan yeni konflikt yaratdı”.

Tarix
2018.12.08 / 14:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla