Yuxarı

Rusiya bunu etməsə, SSRİ kimi yox olacaq - Kudrindən şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər xarici siyasət uğurlarımızdan əl çəkib, daxili problemlərə diqqəti artırmasaq, Rusiya SSRİ-nin parçalanmasına gətirib çıxaran yolla gedə bilər.

Axar.az xəbər verir ki, bunu Ümumrusiya Vətəndaş Forumunda çıxışı zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib. Onun sözlərinə görə, Rusiyanı müəyyən ambisiyalarla, ideologiyayla inşa etmək çox ağırdır:

“Biz bu gün o zamanlar formalaşmış mədəniyyətin, mentalitetin əsiriyik. SSRİ hansısa sui-qəsdə görə parçalanmadı. Onu parçalayan iqtisadi və siyasi sisteminin yetkin olmayan inkişaf modeli oldu. Ona görə də bu gün əgər biz daxili səbəblərə diqqət ayırmasaq, yenidən məğlubiyyətə düçar olacağıq. Bu mənada xarici siyasətdəki uğurlarımıza görə hərdən aparıcı ölkələr dairəsinə qayıtmağımız təklif edilir. Bu, müəyyən müddət dəstəklənə biləcək illüziyadır. Rusiyanın böyüklüyünün və ya çiçəklənməsinin iqtisadi bazası yaradılmayıb və hələlik buna yetəri qədər vaxt ayırmırıq”.

Tarix
2018.12.08 / 15:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla