Yuxarı

ABŞ bu ölkəyə də təzyiqə başladı: Rusiyadan imtina et

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Energetika naziri Rik Perri Macarıstan hökumətini başqa layihələr üçün Rusiya enerjisindən imtina etməyə çağırıb. ABŞ-ın bu addımları Macarıstan mətbuatında təzyiq kimi qiymətləndirilib.

Axar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Bertalan Havaşinin verdiyi məlumata görə, V. Orban və R.Perri ilə görüşündə Mərkəzi Avropanın energetika problemlərini, habelə Macarıstan ilə ABŞ arasında ikitərəfli əlaqələri müzakirə edib. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Rusiya qazından imtina etmək deyil, əksinə, enerji təchizatını şaxələndirmək istər Macarıstanın, istərsə də Mərkəzi Avropanın fundamental maraqlarına cavab verərdi.

R.Perri deyib ki, Vaşinqton Mərkəzi Avropada Rusiya qaz kəmərinin tikintisi əleyhinədir və o, Macarıstanın layihədə iştirak etməsini istəmir. Bazarın sürətlə inkişaf etdiyini bildirən R. Perri enerji təchizatının şaxələndirilməsi ilə yanaşı, sıxılmış təbii qaz infrastrukturu qurmağı tövsiyə edib.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto məlumat verib ki, Xorvatiyanın Krk adasında sıxılmış təbii qaz terminalı, habelə Qara dənizdə qaz yataqları Macarıstan üçün həll yolu ola bilər. Bununla belə, Krk adasından sıxılmış təbii qaz almaq hazırda baha çox başa gələcək, Qara dənizdəki ehtiyatlara yol tapmaq isə investisiya qərarları ilə şərtlənir.

Nazir əlavə edib ki, ənənəvi enerji mənbələri Macarıstan üçün əhəmiyyətlidir. Amma o, gileylənib ki, Mərkəzi Avropa Rusiyadan qaz idxal etdiyinə görə hesabat verməli olduğu bir vaxtda, Qərbi Avropa Moskva ilə böyük enerji sazişi hazırlayır.

Tarix
2018.12.08 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

Sülhməramlıların Qarabağda nə işi var? - Zatulin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla