Yuxarı

Rusiyalı spiker Yıldırımdan görün nə istədi: Geri qaytarın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Türkiyə parlamentinin sədri Binəli Yıldırımdan 7 il əvvəl atası tərəfindən qaçırılaraq Türkiyəyə aparılan Rusiya vətəndaşı Aylin Aydəmirlə bağlı məsələnin həll olunmasını istəyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, Volodin uşağın anasına qaytarılması ilə bağlı məhkəmə qərarına əməl edilməsini tələb edib:

"Diqqətinizi Rusiya vətəndaşı Aylin Aydəmirlə bağlı məsələyə çəkmək istəyirəm. İstanbul Məhkəməsi uşağın qaçırılmasını qəbul etdi və uşağın atası ilə bağlı həbs qərarı verildi. Ancaq buna baxmayaraq, uşağın anasına təhvil verilməsi məsələsində hələ də problem yaşanır. Bununla bağlı qərarın yerinə yetirilməsini istəyirik. Bu məsələni nəzarətinizdə saxlayacağınıza ümid edirəm”.

Rusiyalı həmkarının tələbinə cavab verən Binəli Yıldırım isə məsələnin şəxsən öz nəzarəti altında həll ediləcəyini bildirərək, məhkəmə qərarına baxmayaraq, uşağın anadan uzaq yaşamasının doğru olmadığını vurğulayıb.

Qeyd edək ki, türkiyəli iş adamı Murad Aydəmir keçmiş həyat yoldaşı Rusiya vətəndaşı Zarina Albeqonovadan olan qızı Aylin Aydəmiri 2011-ci ildə Türkiyəyə qaçırıb. İstanbul Cəza Məhkəməsi 2012-ci ildə Aydəmiri uşaq qaçırmaqda ittiham edərək 5 ay həbs cəzası vermişdi. Ancaq məhkəmənin uşağın anasına təhvil verilməsi ilə bağlı qərarı bu günə kimi yerinə yetirilməyib.

Bir müddət öncə isə Rusiya vətəndaşı olan qızın anasına geri qaytarılması üçün Rusiya Duması 3 deputatın Türkiyəyə göndəriləcəyini açıqlamışdı.

Tarix
2018.12.08 / 21:29
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla