Yuxarı

"Müharibənin bitməsi üçün Ər-Riyad da burada olmalıdır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Yohannesburq sarayında Yəmənlə bağlı keçirilən iclasda husiləri təmsil edən Səlim əl-Muqlis ölkədəki müharibənin dayanması üçün görüşlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də təmsil olunmasını istəyib.

Axar.az xəbər verir ki, bu barədə husilərin “Əl-Məsirə” televiziyası məlumat yayıb. Husilərin təmsilçisi Hudeydə, Taiz və digər şəhərlərdə atəşkəsin təmin olunması üçün adıçəkilən tərəflərin iştirakının vacib olduğunu bildirib. O, Səudiyyə Ərəbistanı və BƏƏ-nin görüşlərdə iştirak etməsi üçün təzyiq məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, dekabrın 6-da Yəməndəki vətəndaş müharibəsini sonlandırmaq məqsədilə İsveçdə BMT liderliyində müzakirələr başlayıb. Görüşlərdə girov və məhbusların azad edilməsi, humanitar yardımların çatdırılması məsələləri müzakirə edilir.

Xatırladaq ki, 2014-cü ildə Yəməndə başlayan vətəndaş müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ böyük rol oynayır. Səudiyyə Ərəbistanı liderliyindəki ərəb koalisiyası 2015-ci ilin mart ayından Yəmən hökumətinə dəstək verir.

Tarix
2018.12.08 / 22:06
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla