Yuxarı

“Sarı jiletlilər”in tələbləri yayıldı – 25 bəndlik manifest

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa “Sarı jiletlilər”in hökumətə qarşı 25 tələbini özündə əks etdirən manifestini yayımlanıb.

Axar.az xəbər verir ki, manifest “La Libre Penseur” saytında yerləşdirilib. Manifestdə etirazçılar vergidə reformlar üçün ümumxalq məclisinin çağırılmasını, vətəndaşın vəziyyətindən asılı olaraq 25%-dən artıq verginin qadağan edilməsini, minimal əmək haqqının qaldırılmasını, təqaüdlərin 40% artırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, bank monopoliyasının azaldılmasını, daxili borcun ləğv edilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, həbs həyatı yaşamış şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan edilməsini tələb ediblər.

Bundan başqa, etirazçılar Fransanın AB və NATO-nun tərkibindən çıxmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, yollardan radar və kameraların götürülməsini, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, miqrant axınına son qoyulmasını istəyiblər.

Tarix
2018.12.10 / 12:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla