Yuxarı

Alimlərdən şok: Tehran hər il 22 sm çökür…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Potsdamdakı Alman Geoloji Tədqiqatlar Mərkəzinin alimləri İranın paytaxtı Tehranın sürətlə çökdüyünü bildiriblər.

Axar.az xəbər verir ki, alimlər Tehranın torpaq örtüyünün peyk radarları vasitəsilə analizindən sonra bu qənaətə gəliblər. Belə ki, onlar 2003-2017-ci illər ərzində olan çökmə səviyyələrini dəyənləndiriblər.

Alimlərin fikrincə, Tehranın bir sıra rayonlarında ildə 25 santimetrlik çökmə qeydə alınır. Bu, daha çox şəhərin qərb hissəsini əhatə edir. Tehran hava limanının yaxınlığında illik çökmə 5 santimetr, Tehranın cənub-şərqində 22 santimetr təşkil edir.

Geoloqlar bu çökmənin daha çox yeraltı sulardan intensiv istifadə nəticəsində onların səviyyəsinin azalması ilə əlaqələndiriblər. Bildirilib ki, 1984-2011-ci illər arasında Tehranda yeraltı suların orta səviyyəsi 12 metr azalıb.

Alimlər çökmənin binalara zərər vurduğunu və torpağın üst təbəqəsində hərəkətlənmələrə səbəb olduğunu bildiriblər. Bunun qarşısının alınmayacağı təqdirdə şəhər infrastrukturunun ciddi şəkildə pozulacağı vurğulanıb.

Tarix
2018.12.10 / 15:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla