Yuxarı

AKP-dən rəisin güllələnməsi ilə bağlı bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:11

Türkiyənin Rizə bölgəsinin polis bölməsində silahlı insident baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində Rizə bölgəsinin polis rəisi Altuğ Verdi həlak olub. Kadrlar bölməsinin rəhbəri və 2 polis əməkdaşı yaralanıb.

Məlumata görə, atəş açan şəxs də polis əməkdaşı olub.

Faktı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu təsdiqləyib.

Hadisənin başvermə səbəbi araşdırılır.

***

Prezidentin köməkçisi Fuad Oktay olayla bağlı açıqlama verib.

O bildirib ki, polis əməkdaşı İsmayıl Haqqı Sarıcoğlu xidmətə başladığı əsnada bilinməyən səbəbdən bölgə rəisi Altuğ Verdini boynundan, kadrlar bölməsinin rəhbəri Ərcal Poladı isə sinəsindən və belindən güllələyib.

Oktay əlavə edib ki, Sarıcoğlu Yiğit Can Köksalı da ayağından yaralayıb.

Yaralıların xəstəxanada müalicə aldığı deyilib.

***

Olayı törədən şəxs saxlanılıb.

Bu sözləri AKP sözçüsü Ömər Çelik deyib.

“Mərhumun ailəsinə başsağlığımızı çatdırırıq. Məkanı cənnət olsun. Saxlanılan şəxsin dindirilməsi ilə bütün həqiqətlər ortaya çıxacaq”, - deyə o bildirib.

Tarix
2018.12.11 / 20:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla