Yuxarı

Türkiyənin silah satışını kəskin artırmasının - Səbəbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə haqlı olaraq silahlanma məsələsində ABŞ və NATO-dan asılılığı azaltmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatını şərh edən Koray Gürbüz bildirib.

Gürbüz qeyd edib ki, Türkiyə ABŞ və NATO-dan silah alarkən bir çoxunda sursat və ehtiyat hissələrinin tamamlanmasında çətinlik çəkir. Hazırda Yaxın Şərqdəki problemlərdən dolayı həm Avropa Birliyi ölkələri, həm ABŞ tərəfindən Türkiyə üzərində böyük bir təzyiq var. Türkiyə bu ölkələrdən silah alanda da təhvil-təslim prosesi uzun müddət çəkir. Bundan əlavə, Türkiyə kiçik bir vint hissəsini də aylarla gözləmək məcburiyyətində qalır. Misal olaraq, Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatını apararkən Konqres bəhanələr gətirərək Türkiyəyə silahların ehtiyat hissələrini satmayıb.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SİPRİ) hesabatına əsasən, Türkiyə şirkətləri silah satışını kəskin şəkildə artırıb. 2017-ci ildə bu şirkətlərin silah satışının həcmi 24% artıb. Bu isə daha çox Türkiyənin öz hərbi sənayesini inkişaf etdirmək, xaricdən silah alışını azaltmaq istəkləri ilə bağlı olub.

Tarix
2018.12.11 / 23:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Delimitasiya komissiyasının iclası: razılıq əldə edildi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla