Yuxarı

Tramp vəliəhdlə bağlı son nöqtəni qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Oval ofisdə jurnalistlərin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, “Röyter” müxbirinin verdiyi sualdan sonra Camal Qaşıqçı cinayətində Səudiyyə vəliəhdinin barmağının olub-olmaması barədə danışmayan Tramp, “O, Səudiyyə Ərəbistanının lideridir. Səudiyyə olduqca yaxşı bir müttəfiqdir” sözlərini işlədib.

“Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhdi dəstəkləmək deməkdir?” sualına isə Tramp, “Bəli, hazırda tamamilə elədir” cavabını verib.

Müxbir prezidentə həmçinin kral ailəsinin bir çox simalarının Məhəmməd bin Salmanın kral olmasını əngəlləməyə çalışdığını, ancaq Salmanın kral roluna ABŞ və Trampın qərar verəcəyinin düşünüldüyünü bildirib.

“Belə bir şey eşitməmişəm. Buna münasibət bildirə bilmərəm. Eşitdiyim tək şey Salmanın olduqca güclü şəkildə iqtidarda olmasıdır”, - Tramp cavabında deyib.

Tarix
2018.12.12 / 13:43
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla