Yuxarı

Türkiyə Qara dənizdə niyə baza yaradır? - Komoyedov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qara dənizdə tikəcəyi baza ABŞ hərbi gəmilərindən müdafiə üçün nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə müsahibəsində Qara dəniz donanmasının keçmiş komandanı Vladimir Komoyedov deyib.

“Bu, bir növ Avropada İran raketləri əleyhinə raket hücumundan müdafiə sistemləri yerləşdirməyə bənzəyir. Montro konvensiyasına əsasən, amerikalılar Qara dənizdə 21 sutkadan artıq qala bilməzlər. O zaman Türkiyəyə burada baza yerləşdirmək nəyinə lazımdır?

Şərq bir qədər incə məsələdir. Bu təkcə hərəmxana yox, həm də güc anlamını verir. Onlar bu gücü dənizdə yaratmaq imkanındadırlar. Türkiyənin hədəfləri barədə düşünmək lazımdır. Bunun ABŞ planları ilə bağlı olacağı çətin ki mümkün olsun.

ABŞ-ın Qara dənizdə qüvvələrini toplaması deklarativ xarakter daşıyır. Əgər hətta nəzəri cəhətdən belə ABŞ təyyarədaşıyanları və raket gəmilərinin qapalı teatr olan Qara dənizə yönəlsələr belə, bunun heç bir mənası olmayacaq. Bu halda onlar rahatlıqla bizim donanma və Cənub Hərbi Dairəsinin hədəfinə çevriləcəklər.

Hazırda Qara dəniz donanması və Türkiyə donanması eyni vəziyyətdədirlər. Mənim komandanlıq etdiyim dövrdə - 2000-ci illərin əvvəllərində Türkiyə donanması bizdən dörd dəfə güclü idi. Türkiyə iqtisadi planda intensiv inkişaf edib. Onların özlərinin gəmiləri, katerləri, sualtı qayıqları var idi, amma bizdə yalnız “Varşavyanka” sualtı qayığını tapmaq mümkün olardı. Hazırda bu ölkə ilə gücümüz bərabər səviyyədədir. Əgər onlar yeni baza yaradırlarsa, demək, buraya yerləşdirmək üçün nələrisə var”.

Qeyd edək ki, Türkiyə bundan öncə Trabzon yaxınlığında Gürcüstan sərhədinin 100 kilometrliyində yeni hərbi dəniz bazası yaradacağını açıqlayıb.

Tarix
2018.12.12 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla