Yuxarı

Gürcüstan parlamentində əlbəyaxa dava - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkiləri məsələsi Gürcüstan parlamentində Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansı Partiyasının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında əlbəyaxa davaya səbəb olub.

Report xəbər verir ki, Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.

Deputat yenidən Gürcü Arzusu Partiyasını tənqid edərək onların seçkiləri saxtalaşdırdıqlarını bildiriblər. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia isə onun sözünü bir neçə dəfə kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Nika Melianın yanına gedib və mübahisə edib.

Bundan sonra Gürcüstan parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında fiziki qarşıdurma baş verib.

“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat Partiyası vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” - deyə İrakli Kobaxidze parlament sədri tribunasından bildirib.

Daha sonra parlamentin sədri texniki fasilə elan edib.

Tarix
2018.12.12 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla