Yuxarı

Türk ordusu hücuma başlayır - Ərdoğan anons etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbiç rayonunda əməliyyatlara başlayacaq.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə dekabrın 12-də Ankarada keçirilən toplantıda Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan deyib ki, Türkiyənin cənubunda (Suriya ərazisi nəzərdə tutulur - K.R.) terror dəhlizi yaratmağa çalışırlar. Türkiyə prezidenti ABŞ hakimiyyətini tənqid edib. Ərdoğan qeyd edib ki, Vaşinqton Suriyadakı YPG-ni terror təşkilatı hesab etmir. Eyni zamanda, o, ABŞ hakimiyyətinin Türkiyə ilə deyil, YPG ilə əməkdaşlıq etməsini müttəfiqliyə sığmayan hərəkət adlandırıb.

Ərdoğan bildirib ki, sonuncu görüşdə ABŞ prezidenti ona Menbiçdəki terrorçuları 30 gün ərzində bölgədən çıxaracaqlarını deyib. Və əlavə edib ki, əgər bu baş verməsə, o zaman Türkiyə özü hərbi əməliyyatlara başlayacaq.

Sitat: “Terrorçulara 20 min yük maşını silah gətirildi. Amma biz deyirik, bizə "belə bir şey olmayıb" deyirlər. Türkiyə köçəri dövləti deyil. Bu mövzuda ABŞ-la fikir ayrılığında olduğumuzu hər kəs bilir".

Ərdoğan ABŞ ordusunun Suriyanın şimalında 30 min YPG terrorçusuna təlim keçdiyini bildirib. O deyib ki, Vaşinqtonun kürdlərlə əlaqəsi hər gün bir qədər də inkişaf edir. Ərdoğan bildirib ki, yaxın günlərdə Fərat çayının şərq sahilində hərbi əməliyyatlar başlayacaq.

Sitat: “İdlibdə böyük bir humanitar böhranın qarşısını Rusiya ilə birlikdə aldıq. İndi də Fəratın şərq sahilindəki terror yuvalarını dağıtmaqla bağlı qərarımıza növbə çatıb. Suriyada İŞİD deyilən bir təhlükə yoxdur artıq, bu nağıldır. Bölgədəki İŞİD terrorçularına kimlər tərəfindən təlim keçirildiyini də bilirik. Bir neçə günə Fəratın şərq sahilində əməliyyatlara başlayacağıq”.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında iyunun 4-də xarici işlər naziri Çavuşoğlu və dövlət katibi Pompeo arasında Vaşinqtonda imzalanmış razılaşmaya əsasən Menbiç 6 ay ərzində, yəni dekabrın sonuna qədər Türkiyə ordusunun nəzarətinə keçməlidir. Anlaşmaya əsasən YPG silahlıları bölgədən çıxarılacaq, əraziyə Türkiyə və ABŞ qüvvələri nəzarət edəcək.

İlk dəfə iyunun 18-də Türkiyə ordusu hissələri Suriyanın şimalında kürdlərin nəzarətində olan Menbiç rayonuna daxil olub. Daha sonra elan edilib ki, Türkiyə ordusu bölgədə patrul həyata keçirir. Xarici işlər naziri Çavuşoğlu bildirib ki, Vaşinqton razılaşmasına əsasən Türkiyə ordusu 2016-cı ildə azad edilən “Fırat Kalkanı” bölgəsindən (“Fırat Kalkanı” əməliyyatı ilə azad edilən Aziz-Cerablus bölgəsi Menbiçlə həmsərhəddir - K.R.) Menbiç rayonuna daxil olub. Çavuşoğlu deyib ki, hərbçilər tezliklə Menbiçin mərkəzinə də daxil olacaq və razılaşmaya əsasən YPG silahlıları Menbiçi tərk edəcək.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi açıqlamada isə daha əvvəl razılaşdırılmış Menbiç “Yol xəritəsi” və Təhlükəsizlik Prinsipləri əsasında “Fırat Kalkanı” ərazisi ilə Menbiç arasındakı xətdə Türkiyə ordusu və ABŞ ordusu hərbi birləşmələri tərəfindən müstəqil patrul fəaliyyəti başlayıb.

İndi isə anlaşmada nəzərdə tutulan vaxt başa çatır. Vaşinqton razılaşması Türkiyə ordusunun dekabrda Menbiçə daxil olması hüququnu təsdiqləyir. Ehtimal ki, YPG də bölgədə Türkiyə ordusuna qarşı çox ciddi dirənməyəcək. Çünki Menbiçdə onsuz da əsas nəzarət amerikalıların əlindədir. Üstəlik, indi Fəratın şərq sahilində qalan kiçik ərazi uğurunda savaşarsa YPG iki tərəfdən - həm Türkiyə, həm də Suriya - çarpaz atəş altında qala bilər.

Ancaq bütün hallarda Menbiçdə başlanacaq və sayca Suriyada 3-cü olacaq hərbi əməliyyat Türkiyə üçün psixoloji və hərbi-siyasi baxımdan ciddi divident verir. Türkiyə faktiki olaraq ABŞ və Rusiya ilə birlikdə regionda güc mərkəzi kimi çıxış edəcək.

Qeyd edək ki, Fəratın qərb sahillərində yerləşən və Suriyanın Hələb vilayətinə daxil olan Menbiç rayonu əsas ərəblərin yaşadığı region hesab olunur. 2014-cü ilin əvvəllərində Menbic İŞİD-in nəzarətinə keçib. Yalnız 2016-cı ildə ABŞ ordusunun dəstəyi ilə YPG silahlı birlikləri Menbici İŞİD-dən azad edib. Ancaq Türkiyə bu bölgədə kürd silahlı birliklərinin, xüsusən də YPG-nin bölgədən çəkilməsini tələb edib. Vaşinqton uzun müddət bu məsələdə Ankara ilə dil tapa bilmirdi. Yalnız uzun müzakirələrdən sonra bu ayın 4-də Vaşinqtonda Çavuşoğlu və Pompeo arasında Menbic mövzusunda anlaşma əldə olunub. Bu anlaşmanın hansı şərtlər hesabına əldə olunduğu məlum deyil. Anlaşmaya əsasən 3 mərhələli “Yol xəritəsi” qəbul olunub. Sənədə əsasən qarşıdakı 6 ay ərzində Menbicdən kürd silahlı birlikləri, xüsusən də YPG silahlıları çıxarılacaq. Planın birinci mərhələsi üzrə ön hazırlıq işləri aparılmalı, ikinci mərhələdə ABŞ və Türkiyə tərəfinin iştirakı ilə YPG silahlılarının bölgədən çıxarılması baş verəcək. Nəhayət, 3-cü mərhələdə ABŞ və Türkiyənin iştirakı ilə bölgədə təhlükəsizlik təmin olunacaq və Menbicdə yerli idarə orqanları formalaşacaq və yeri əhalinin evlərinə dönməsi təmin olunacaq.

Tarix
2018.12.13 / 10:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla