Yuxarı

Paşinyan cəzaya başladı: 3 separatçı vəzifədən getdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma “dqr”in “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Onun yerinə qondarma rejimin “baş qərargah” rəisi Karen Abramyanın təyin edildiyi bildirilib.

Vəzifədən həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da azad edildiyi vurğulanıb.

Qeyd edək ki, bu şəxslərin hamısı bir müddət əvvəl Nikol Paşinyanın yaxın kadrlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid edən şəxslərdir. Məhz bu çıxışlardan sonra Paşinyan Bako Saakyana qarşı sərt tənqid səsləndirib. O, Saakyanı tabeliyində olan şəxslərə nəzarət etməyə çağırmış və seçkidən sonra bununla dərhal maraqlanacağını demişdi.

Levon Mnatskanyan bir neçə il əvvəl Qarabağa Movses Akopyanın yerinə göndərilib. Belə ki, Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.

Tarix
2018.12.13 / 10:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla