Yuxarı

Dünyanı ABŞ-ın yerinə Rusiya idarə edərsə... - Faciə anonsu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Rusiya və Çin ABŞ-ın rəhbərlik etdiyi indiki dünya nizamını dəyişsə, insanlıq fəlakətli nəticələrlə qarşılaşar.

Axar.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Examiner” qəzetinin jurnalisti Tom Roqan çıxış edib.

“ABŞ-ın sayəsində dünya heç vaxt olmadığı qədər yaxşıdır. ABŞ kapitalizmi sayəsində dünya genişmiqyaslı müharibələr olmadan rifah içində yaşayır və texniki inkişafdan özünə fayda götürür”, – deyə o bildirib.

Roqan məqaləsində NATO-nun dünya siyasətində əhəmiyyətli rol oynadığını bildirib və onu ən yaxşı ittifaq adlandırıb. O, NATO-nun insan təşviqi və milli maraqları arasında balans yaratdığını vurğulayıb.

Jurnalist ABŞ-ın Səudiyyə Ərəbistanı ilə Rusiya və Çinin Venesuela siyasətini müqayisə edib. O, ABŞ-ın Yəməndə təhlükəsizlik, regional stabillik prinsiplərini dəstəklədiyini, həmçinin Yəmən xalqının çəkdiyi əziyyətləri azaltmağa çalışdığını, bununla da Səudiyyə Ərəbistanına münasibətdə tətbiq edilən Amerika strategiyasının ağıllı maraqlar balansı və realizm siyasəti əsasında edilən seçim olduğunu iddia edib:

“Rusiya və Çin isə insanlığın əsas prinsiplərinə laqeydlik göstərirlər. Məsələn, onlar Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdə saxlamaqda maraqlıdırlar. Çinə bu ölkə yalnız neft üçün, Rusiyaya isə OPEK-ə təsir üçün lazımdır. Si Szinpin və Putin Venesuela xalqının necə aclıq çəkməsini, qadınların fahişəliklə məşğul olmasını izləməkdən çox məmnun olurlar. Onlar Maduro dediklərini edənə qədər bu situasiyanı görməkdən şad olacaqlar.

Amerika və Rusiya-Çin realizmi arasında fərq köklü şəkildə fərqlənir. Buna Çin konslagerlər şəbəkəsi, Sakit okean ərazisinin oğurlanması, Rusiyanın Suriyadakı hərbi fəaliyyətləri, həmçinin bütün dünyadakı cinayətləri şahidlik edir. Əgər nə vaxtsa Rusiya və Çinin realizmi ABŞ-ın rəhbərlik etdiyi mövcud dünya nizamını əvəz etsə, o zaman bu bütün insanlıq üçün fəlakət olacaq”.

Tarix
2018.12.13 / 12:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla