Yuxarı

Əsgər anasının ərzaq oğurluğu və Paşinyana müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti və ordusunda uzun illərdir hökm sürən özbaşınalıq, dövlətin kriminal qanunlarla idarə olunması haqda bilgilər yayılmaqda davam edir.

Axar.az xəbər verir ki, erməni mətbuatı hakimiyyət dairələri tərəfindən sıxışdırıldığını, media azadlığının olmadığını etiraf edir, hüquq müdafiəçiləri polislərin söz azadlığını məhdudlaşdırdığını bildirir. Bununla yanaşı, mediada “oğru qanunları”nın hökm sürdüyü ordunun acınacaqlı durumu vaxtaşırı olaraq müzakirə edilir.

Həyat səviyyəsinin çox aşağı olduğu Ermənistanda “ac övladlarını xilas etmək üçün” oğurluq edən əsgər anasının xəbəri də birmənalı qarşılanmayıb. Oğru ananın övladının əsgər yoldaşları Paşinyana müraciət edərək, oğurluğa məcbur olan ananı başa düşməsini və onu bağışlamasını xahiş ediblər.

Ananın cinayət məsuliyyətinə səbəb olan hadisə isə 20 dollarlıq ərzaq oğurluğudur.

“Ermənistanda bir qrup hərbi qulluqçu ac övladları üçün 10 min dram oğurlamaqda ittiham olunan həmkarlarının anasının bağışlanması üçün Nikol Paşinyana müraciət ediblər. Hərbi qulluqçuların sözlərinə görə, bir aydan sonra yoldaşları tərxis olunacaq və onlar dostlarının anası və bacısı olmayan evə getməsini istəmirlər. Əslində, bunu ev də adlandırmaq olmaz. Çünki ailənin evi yoxdur və kirayə yaşayır.

Hərbi qulluqçuların açıq məktubu və “kişi məsələləri”nin ictimai şəkildə müzakirəsi Ermənistan üçün yenidir. Uzun illər “zona” çevrilmiş, hakimiyyətlə problemlərin həll edilməsinin, məktub yazılması və yoldaşlarına görə kömək istənilməsinin “zapodlo” olduğu ordu “ponyatka” və “oğru qanunları” ilə idarə olunub. Oğruların “zon”unda hər kəs özünə cavabdehdir və bütün məsələləri “vəziyyətə baxan” həll edir”, - erməni mətbuatı yazır.

Amma bu, media azadlığı və orduda “müsbət tendensiyanın” yaranması təəssüratı yaratmır. Əksinə, hüquq müdafiəçisi Larisa Alaverdyanın sözlərinə görə, xüsusən son aylarda bir sıra mətbuat orqanları əsassız və qeyri-müəyyən bir şəkildə polisin maraq dairəsinə düşüb:

“Polisin məsələ ilə bağlı izahatı daha pis səslənir. Onlar struktur rəhbərliyinin söz azadlığı, fikir və məsuliyyətlə bağlı elementar təsəvvürlərinin olmadığı barədə danışırlar”.

Görünür, Ermənistandakı “məxməri inqilab” hakimiyyətin söz azadlığını boğmaq meylinə təsir göstərə bilməyib. Sərkisyanı devirən, Köçəryanı həbs etdirən Nikol heç də özündən əvvəlkilərdən geri qalmır. Nəzərə almaq lazımdır ki, 20 dollarlıq ərzaq oğurlanması hadisəsi də N.Paşinyanın baş nazirliyi dövrünün “salnaməsidir”.

Tarix
2018.12.13 / 13:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla