Yuxarı

ABŞ-ın iqtisadi gücü azalır – Superböhran gəlir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilərin ixtisarı və iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsi ABŞ-ın növbəti onillik ərzində maliyyə gücünü azaldacaq.

Axar.az xəbər verir ki, bu məlumat “Mudis” şirkətinin yeni hesabatında yer alıb. Hesabata əsasən, ABŞ iqtisadiyyatı 2018-ci maliyyə ilinin ikinci rübündə 4,2% böyüyüb ki, bu da 2014-cü ildən bu yana ən böyük artım səviyyəsi sayılır. Bununla belə, şirkət 2018 və 2019-cu illərdə iqtisadi artımın cəmi 2,9% olacağını, daha sonra onun daha 0,9% azalacağını bildirib:

“Belə olan halda Trampın hakimiyyəti dönəmin orta iqtisadi artım göstəricisi 2,2% olacaq. Bununla belə ABŞ büdcə defisiti ümumdaxili məhsula nisbətdə 3,8% artaraq 779 milyard dollara çatıb. Kəsrin ümumdaxili məhsula nisbətdə 4,8%-ə qədər (1 trilyon dollar – red.) artacağı gözlənilir. 2028-ci ilə qədər isə bu artımın 8%-ə qədər yüksəlməsi gözlənilir. Bununla belə korporativ vergilərin faiz göstəricilərinin 35%-dən 20%-ə salınması 2018-ci maliyyə ili ərzində biznesdən vergi daxil olmalarını 31% azaldıb. ABŞ-ın büdcə dayanıqlığı 2019-cu ildən başlayaraq mərhələli olaraq pisləşəcək. Büdcə kəsrinin artması federal borcun rekord həddə çatmasına və bunun da ölkənin suveren kredit reytinqinə təsir etməsinə səbəb olacaq”.

Qeyd edək ki, bundan öncə ABŞ-ın “JP Morqan” investisiya bankı 2020-ci ildə dünyanın iqtisadi silkələnmələrlə üz-üzə qalacağını, yeni superböhranın olacağını bildirmişdilər. Analitiklər dünya iqtisadiyyatı üçün risklər sırasında ABŞ-ın ipoteka kreditlər bazarının strukturunun dəyişməsini göstərmişdilər. Belə ki, onlar ABŞ-da bank olmayan kredit təşkilatlarının bazarda payının 80%-ə çatdığını bildirmiş, bu göstəricinin 2008-ci ildə cəmi 20% olduğunu söyləmişdilər.

Bank 10 il öncəki böhrandan fərqli olaraq bu dəfə ki, böhranın xüsusilə ABŞ-da genişmiqyaslı sosial narazılıqlara səbəb olacağını bəyan etmişdi.

Tarix
2018.12.14 / 10:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla