Yuxarı

Rusiya öz külündən yenidən doğuldu - Sensasion baxış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və öz külündən yenidən doğulan Rusiya güc yığmağa başladığı bir dönəmdə ABŞ-da demokratiya monopoliyası çiçəklənməni məhv edir.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın eks-prezidenti Ronald Reyqanın keçmiş müşaviri, Respublikaçılar Partiyasındakı ifrat sağın əsas ideoloqlarından Patrik Byukenenin “Amerikan Konservativ” jurnalında dərc edilən məqaləsində yer alıb.

“Demokratiya güclü və çiçəklənən dövlət monopoliyasını itirir. Rusiya kimi dövlət sübuta yetirdi ki, əsaslarına qədər məhv edilən supergüc küllərindən doğulub, yenidən özünə hörmət tələb edə bilər. Müasir Çin də sübut etdi ki, birpartiyalı rejimlə supergüc olmaq olar. Onlar sübut etdilər ki, demokratik quruluş iqtisadi inkişaf üçün heç də məcburi öhdəlik deyil. Belə lənətlənmiş ciddi dünyada biz qeyri-ciddi ölkəyə çevrilmişik. ABŞ Prezidenti Donald Trampa qarşı təzyiqlər öz apogeyinə çatıb. Hər gün elitada onun hakimiyyətini necə devirəcəyi və həbsə göndərəcəyi haqqında diskussiyalar aparılır.

Dünyada demokratiyanın gerilənməsinin səbəblərindən biri də məhz ABŞ-dır. Onun etalonu getdikcə II Dünya müharibəsindən öncəki Fransaya bənzəyir. Artıq təsdiq etmək lazımdır ki, dünya transmillilikdən tayfaçılığa, müxtəliflikdən etnomillətçiliyə doğru hərəkət edir. Müxtəlifliyə tələb getdikcə azalır”, – deyə o bildirib.

Tarix
2018.12.14 / 10:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla