Yuxarı

Parisdə "Sarı jiletlilər" aksiyası: 101 etirazçı tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.12.14, 22:52

Bütün Fransa ərazisində “Sarı jiletlilər” hərəkatının bu günə gözlənilən mitinqi ilə əlaqədar asayişin qorunmasına 69 min polis cəlb edilib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik polis qüvvələrinin bir hissəsini Parisdən Bordo və Tuluza şəhərlərinə göndərməyi planlaşdırır.

Aksiyadan öncə artıq 6 nəfər həbs edilib. Aksiyanın keçiriləcəyi yerə DİN rəhbəri Kristof Kastaner gəlib.

Qeyd edək ki, bundan öncə 8 dekabrda keçirilən aksiyaya DİN 89 min polis əməkdaşını cəlb etmişdi.

***

Parisdə "Sarı jiletlilər" aksiyasında həbs edilənlərin sayı 58-ə çatıb.

Bu barədə BFM televiziyası məlumat yayıb.

Bildirilib ki, Paris küçələrinə çıxan etirazçıların sayı 2000-dən çox olub.

***

Parisdə polis Yelisey çölləri prospektində toplaşan aksiyaçıları mühasirəyə alaraq digər küçələrə keçməyə qoymayıb.

Beş qadın respublikanın simvolu olan Maryan qiyafəsində, sinəsi açıq şəkildə polisin qarşısına çıxaraq etirazlarını bildirib. Digər aksiyaçılar paytaxtın müxtəlif məhəllələrində, eləcə də Paris Operasının qarşısına toplaşıblar. Paris polis prefekturasının məlumatına əsasən, təkcə paytaxtda 151 aksiyaçı dindirilib və onlardan 101-i müvəqqəti saxlanılıb.

Axşam saatlarında polis su şırnağı ilə aksiyaçıları dağıtmağa başlayıb. Yelisey çölləri prospektində polis məngənəsi arasında sıxılan aksiyaçılar “Makron, istefa” sloqanları altında dağılmağa məcbur olublar.

Aksiyaçılar hələ də küçələrdə aksiyanı davam etdirirlər.

Əyalətlərdə “sarı jiletlilər”lə polis arasında qarşıdurma olduğu bildirilir.

Tarix
2018.12.15 / 21:34
Müəllif
Kamran, İlkin
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla