Yuxarı

Ölümü yaxınlaşıb, amma atam hələ də mübarizə aparır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mandelanın vəziyyəti necədir?

Cənubi Afrikanın keçmiş dövlət başçısı Nelson Mandelanın böyük qızı Makaziv Mandela 5 aydan çoxdur ki, vəziyyəti kritik olan atasının sağ qala bilmək üçün "mübarizə apardığını" bildirib.

M.Mandela "SABC" televiziyasına verdiyi açıqlamada, "Atam hələ də bizimlədir, çox cəsurdur... Hələ də bizə səbir, eşq, tolerantlıq dərsləri verir", - deyib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mandelanın ölümlə mübarizə apardığını söyləyən Makaziv atasının hələ də mübarizəçi ruha sahib olduğunu vurğulayıb. 95 yaşlı əfsanəvi lider Mandelanın kiçik qızı Zindzi, həftə sonu "Nyu York Taymz" qəzetinə etdiyi açıqlamada məntiqlə onun ölməkdə olduğunu bildiyini, ancaq ruhi baxımdan buna hazır olmadığını demişdi.

Ağ ciyər infeksiyasına görə 8 iyunda xəstəxanaya aparılan Mandela sentyabrın 1-i evə buraxılmışdı. Cənubi Afrikada irqçi Aparteid rejiminə qarşı apardığı mübarizələrə görə ömrünün 27 ilini dəmir barmaqlıqlar arxasında keçirən Mandela, ölkəsinə 5 il prezident olaraq xidmət edib.

Tarix
2013.12.04 / 19:39
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla