Yuxarı

Bu gün Meksikada bütün ölülər diriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada oktyabrın sonu və noyabrın əvvəli üçün ənənəvi olan şənlik ab-havası və qayğısızlıq bayramı yetişib – ölkə Ölülər gününü qeyd edir.

Adına baxmayaraq, bu bayramda məşum heç nə yoxdur. Minlərlə insan üzlərini boyayaraq və sanki dirilmiş ölü libası geyərək küçələrə axışır. Bayramın kökləri ispan mərhələsindən əvvələ gedib çıxır. Asteklər (Meksikada yaşayan hindu qəbilələrindən biri – red.) bu mərasimlə ölüləri yad edərdilər, bayramda əsas obraz isə Cənab Ölü – Miktlantekutli olardı. Bayram iyyul-avqust aylarında keçirlərdi. Lakin Meksikanın işğalından sonra ispan keşişləri onun vaxtını noyabrın əvvəlinə - Bütün Müqəddəslər Gününə keçirməyi qərara aldılar. Onlar bayramın bütpərəstlik əsaslarını məhv etməyə nail olmasalar da, müasir Meksikada bu bayram ənənə və adi şənliyin qeyri-adi qarışığına çevrilib.

Meksikanın bayrama hazır olması barədə şəhər meri Migel Anxel Mansera təntənəli şəkildə elan edib. Mərkəzi Sokalo meydanında nəhəng kəllələr və axirət anlamlı digər rəmzlər quraşdırılıb.

"Onlar, təəssüf ki, artıq bizimlə olmayan sevimlilərimizə həsr edilib", - deyə Mansera bildirib.

Onu da qeyd edək ki, meksikalılar noyabrın 1-də axirətə qovuşmuş uşaqları, 2-də isə böyüklərin xatirəsini yad edirlər. Bu günlərdə onlar qəbiristanlıqları ziyarət edirlər, lakin bu hüznlü mərasimi də meksikalılar şən əhvali-ruhiyyədə keçirirlər.

Tarix
2014.11.01 / 22:24
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla