Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Afrikanın Çe Gevarasını öldürən diktator devrildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə uzaq Afrikada 27 illik diktatura süquta uğradı. Burkina Fasoda cümə axşamı başlayan etirazlardan sonra Prezident Bleys Kampore istefa verdi. Bundan əvvəl onun 27 illik prezidentlik dövrünü uzatmaq cəhdinə görə etirazçılar parlamenti və hökumət binalarını yandırmışdı. Bəs kimdir bu Kampore və onun idarə etdiyi Burkina-Faso dövləti haqda nələr bilirik?

Axar.az bu qısa tarixçəni təqdim edir.

***

… Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə - ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.

Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı "Pejo" markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.

Bundan savayı, Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: "Mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram".

Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi.

O, "Mersedes" markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka "Reno" avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyi və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin, məmurlara bahalı Qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı.

Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara Nazirlər Kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.

Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

Sankaraya Afrikanın Çe Gevarası deyilir.

1987-ci ildə indi devrilmiş prezident Kamporenin xuntası ədalətli prezidenti devirdi, silahlı qarşıdurmalarda Sankara öldürüldü. Və diktaturanın 27 illik hakimiyyəti başladı.

Bleys yalnız ötən həftə inqilab yolu ilə aşırıldı.

Tarix
2014.11.02 / 22:21
Müəllif
Emin Aslanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Çavuşoğlu Pompeo ilə görüşdü: 45 dəqiqəlik müzakirə...

Ankarada həyəcanlı anlar: arvadını girov götürdü - Yeniləndi

Konqres Ər-Riyada qarşı istədiyi qərarı verə bilər - Tramp

Onların üzünə qapılarımız açıqdır - Poroşenko

ABŞ Rusiyaya növbəti sanksiyanı tətbiq etdi

Ukrayna "Türk axını"nın fərqinə belə varmadı - Rusiya

ABŞ Ərdoğanın buna sahib olmasına dözmür - Rus ekspert

"Türk axını" Rusiya üçün siyasi riski də azaldır

İnsan hüquqları ilə bağlı sanksiyalar hazırlanır - Britaniya

ABŞ növbəti dəfə bu ölkəni bombaladı: 37 ölü

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla