Yuxarı

Osmanlı törəməsi olan London meri canlı verilişdə biabır oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maraqlı həyat tərzi ilə həmişə gündəmdə olan London meri Boris Conson kasıb adamların İQ səviyyələri aşağı olduğu üçün uğurlu ola bilmədiklərini demişdi.

Bu açıqlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan London meri Conson "LBS" radiosunda Nik Ferrarinin verilişində qonaq olub. Eton və Oksford məzunu olan siyasətçi İQ testi üzrə verilən 3 sualdan birinə də doğru cavab verə bilməyərək canlı verilişdə biabır olub.

Merə ilk olaraq "Bir adam dörd tərəfi də cənuba baxan kvadrat şəkilli bir ev tikir. Evə bir ayı gəlir. Ayı nə rəngdədir?" sualı verilib. Conson heç nə deyə bilməyəcəyini söyləyərək "Qəhvəyi?" deyə soruşub.

Amma belə bir ev ancaq Şimal Qütbündə tikilə bilər, ona görə də evə gələcək ayı da olsa-olsa bir qütb ayısı ola bilərdi. Yəni, cavab ağ idi.

Verilişin aparıcısı Consona ikinci sualını verib:

"3 alma arasından ikisini götürsən neçə alman olar?"

Conson əvvəl "çoxlu", sonra da "bir alma" deyə cavab verib. Sualın cavabı isə əlbəttə ki, 2 almaydı.

Verilişin sonuncu sualı: "Gecə saat 8-də yatmamışdan qabaq saatımın zəngini 9-a qurdum. Zəng çalmamışdan əvvəl neçə saat yatmış oluram?"

Doğru cavab, siferblatlı zəngli saatlarda səhər-axşam fərqi olmadığına görə "bir saat" olmalı idi. Mer bu suala da doğru cavab verə bilməyib.

Qeyd edək ki, Boris Conson "GQ" İngiltərə jurnalının oxucuları tərəfindən aparılan səsvermə nəticəsində İngiltərənin ən cazibəli adamı seçilmişdi. Kraliça Elizabet və baş nazir Devid Kameronu arxada qoyan Conson əslində Osmanlı törəməsidir. 48 yaşında olan Boris Conson Fərid Paşa hökumətində Daxili İşlər naziri işləmiş jurnalist Əli Kamal bəyin nəvəsidir.

Tarix
2013.12.05 / 11:44
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla