Yuxarı

Böyük işıq dünyadan getdi: dünya şam yandırır – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının eks-prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar dünya liderləri başsağlığı verməkdə davam edirlər.

"Axar.az" məlumat verir ki, demək olar bütün liderlər onun ölümünün dünya üçün ağır itki olduğunu vurğulayıblar.

Dövrün böyük qəhrəmanı

Böyük Britaniyanın baş naziri Devid Kemeron N.Mandelanın dövrün böyük qəhrəmanı olduğunu deyib:

"O böyük işıq dünyanı tərk etdi. Nelson Mandela bizim dövrün qəhrəmanıdır".

Qələbə ilə xatırlanacaq

Almaniyanın kansleri Angela Merkel isə alman xalqının onun vəfatından çox üzüldüyünü bəyan edib:

"Onun adı hər zaman öz xalqına edilən zülmlərə qarşı mübarizə və Aparteid rejimi üzərində qələbə ilə xatırlanacaq".

Hindistan üçün də böyük itki

ABŞ prezidenti Barak Obama isə onun bu dünyada hər bir insanın əldə edəcəyindən daha çox şeyə çatdığını qeyd edib.

Rusiya prezidenti Vladimir Putin isə N.Mandelanı müasir dövrün müdrik siyasətçisi adlandırıb: "Nelson Mandela sona qədər humanizmin parlaq ideallarına inandı".

Hindistanın baş naziri Manhoman Sinqx isə N.Mandelanı əsl Qandi tərəfdarı olduğunu bildirib: "Bizim aramızdan ən möhtəşəm insan getdi. Bu, Cənubi Afrika kimi Hindistan üçün də böyük itkidir".

Yaponiyanın baş naziri Sindzo Abe isə N.Mandelanı "böyük lider" adlandırıb.

Dünya şam yandırır

Siyasətçilərlə yanaşı dünyanın bir sıra yerlərində də artıq onun ölümü şərəfinə küçələrdə adi insanlar tərəfindən şamlar yandırılmağa başlanılıb. Bununla yanaşı isə Qərbin bir sıra mətbuat orqanları bu afrikalı liderin ölümünü özlərinin əsas manşet yazıları ediblər.

Qeyd edək ki, Nelson Mandela dünən gecə, 95 yaşında vəfat edib. Aparteizmə və zülmə qarşı mübarizəsi ilə məşhur olan bu afrikalı lider məhz buna görə həyatının 27 ilini dəmir barmaqlıqlar arxasında keçirib. 1991-ci ildə azadlığa çıxan N.Mandela iki il sonra Nobel Mükafatına layiq görülüb. 1994-cü ildə prezident seçildikdən sonra isə 5 il müddətində Cənubi Afrika Respublikasını idarə edib. 1999-cu ildə siyasətdən getməyinə baxmayaraq, dünyanın istənilən yerində bu afrikalı liderin adı yaddaşlardan silinməyib. O, dünyada insan haqları mücahidi kimi tanınıb.

Tarix
2013.12.06 / 12:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla